“Beşiktaş”ın yollarını ayıracağı gözlənilən Ryan Babel karyerasını Şotlandiyanın “Reyncers” klubunda davam etdirə bilər.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, Stiven Cerrardın baş məşqçisi olduğu “Reyncers” hollandiyalı futbolçunun xidmətində maraqlıdır. Amma “Reyncers”in Babelin transferinə görə pul ödəməmək üçün onun keçidini mövsümün sonunda gerçəkləşdirəcəyi bildirilir.

Babelin xidmətində Braziliya, Yaponiya və İtaliyadan bir neçə klubun maraqlı olduğu da iddia edilir.