Rusiyanın Xantı-Mansiysk Muxtar Mahalının Neftyuqansk rayonunda zəncirvari qəza baş verib.  “Rosneft” şirkətinə məxsus avtobusun iki yük maşını və bir minik avtomobili ilə toqquşub. Unikal.org xarici mətbuata istiadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb.

Mahalın səhiyyə idarəsindən verilən məlumata görə, hadisə yerində 7 təcili yardım briqadası işləyir. Yaralılar xəstəxanalara çatdırılıb. Yaralılardan 12-nin vəziyyəti ağırdır.

Polislərin bildirdiyinə görə, qəzanın səbəbinin şaxtalı və fırtınalı hava şəraiti, həmçinin yolların buz bağlamasıdır.

Qəza nəticəsində ölənlər arasında əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov da var. Daha 2 azərbaycanlı - 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb.

Qəza "MAZ" markalı yük avtomobilinin qarşı hərəkət zolağına çıxması nəticəsində baş verib. Belə ki, burada "Rosneft" ASC-nin Nefteyuqansk filialının əməkdaşlarını daşıyan avtobusla toqquşub. Ardınca "Qazel", "Niva" və yanacaqdaşıyan maşın da onlara çırpılıb.

(22:39)

*** 

Qəza nəticəsində ölənlər arasında əslən azərbaycanlı olan 1973-cü il təvəllüdlü Rasim Ağaxanov da var.

Daha 2 azərbaycanlı - 1989-cu il təvəllüdlü Ruslan İsgəndərov və 1988-ci il təvəllüdlü Nail Mansurov xəsarət alıb.