Qış transfer pəncərəsi dövründə “Milan”dan ayrılaraq, Almaniyaya gedəcəyi iddia olunan Hakan Çalhanoğlu açıqlama verib.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, türk futbolçu “Milan”dan ayrılmaq fikrində olmadığını deyib:

“Milan”da xoşbəxtəm. Baş məşqçi Cennaro Qattuzo və köməkçiləri ilə də hər şey çox yaxşıdır. Burda özümü yaxşı hiss edirəm. Bəzən mənə hirslənsə də, Qattuzo ilə münasibətim qaydasındadır. O, həmişə qələbə qazanmaq istəyən baş məşqçidir, buna görə də, hirslənməsi normaldır. Ən yaxşısı, Qattuzo hirslənərkən ona nəsə deməməkdir”.

Çalhanoğlunun Almaniyanın “Leyptsiq” klubuna keçəcəyi iddia olunur.

Almaniyada “Hamburq”, “Bayer” kimi klublarda forma geyinən Hakan, 2017-ci ildə 21 milyon avro qarşılığında “Milan”a keçib.