Xəbər verdiyimiz kimi, müğənni Səmra Rəhimli "Maşın" şounu tərk edib. 

Unikal.org axşam.az-a istinadən bildirir ki, ifaçı oyundan öz istəyi ilə gedib. S.Rəhimli şou haqda fikirlərini sosial media hesabında bölüşüb və bu sözləri yazıb: 

"Məni güclü edən, sonsuz dəstək olan hər kəsə çox təşəkkür edirəm. Mənim üçün əsas xalqımın sevgisini və dəstəyini hiss etmək idi və bunu yaşatdığınız üçün sizə minnətdaram. Əslində hər şey göründüyü kimi asan deyil. Mən şouda necə varamsa, elə oldum. Bu şouda özümə dostlar qazandım, heç nə itirmədim. Çox xoşbəxtəm ki, 17-ci sürət hər cəhətdən fərqli və pozitiv oldu. Avtomobili kim udsa, özüm qalib gəlmiş kimi sevinəcəm". 
Qeyd edək ki, hazırda avtomobil uğrunda Xəyalə Quliyeva və Ranar Musayev mübarizə aparır.