Türkiyədə bodibildinq üzrə çempion qətlə yetirilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə yaşayan, bir neçə milli və beynəlxalq titulu olan 31 yaşlı idmançı Pınar Çoban sevgilisi, 38 yaşlı Ferhan Sarıçan tərəfindən mənzilində öldürülüb. 

Əmisinə zəng edərək qətl törətdiyini etiraf edən Ferhan isə silahla intihar edib.