Türkiyənin milli istehsalı olan HÜRKUŞ-C-nin ilk uçuşu həyata keçirilib.

Unikal.org xəbər verir ki, özünümüdafiə qabiliyyətinə malik təyyarə uğurla sınaqdan keçirilib və müəyyən edilən hədəflərə zərbələr endirilib.

Silahlandırılan HÜRKUŞ-C-nin 3 fərqli variant üzərində inkişaf etdirilməsi prosesi aparılır.

Qeyd edək ki, daha öncə Türkiyənin 2023-cü ildə milli istehsalı olan qırıcı təyyarə buraxacağı barədə xəbər yayılmışdı.
Xidmətə hazır olduğunu göstərən təyyarənin uçuşundan görüntüləri təqdim edirik: