30 dekabr 2018-ci il tarixində saat 12 radələrində Sumqayıt şəhərində yerləşən Socar Polymer MMC-nin məşəl qurğusundan atmosferə qara tüstünün atıldığı müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazilriyindən Unikal.org-a verilən xəbərə görə, nazirliyin əməkdaşları tərəfindən araşdırma aparılıb. Müəssisənin məsul şəxsləri yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyini və zavodda qurğuların dayanması nəticəsində atmosferə məşəl vasitəsilə qara tüstü atıldığını bildiriblər. 

Saat 14:10-da atılmalar dayandırılıb. Hazırda ETSN- nin əməkdaşları tərəfindən ətraf mühitə təsirlərin təhlili məqsədilə araşdırmalar aparılır.