İmişlidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Unikal.org  report-a istinadən verir ki, hadisə günorta saatlarında Çaxırlıkəndində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı iki avtomobilin toqquşması nəticəsində Saatlı rayon sakinləri, 1959-cu il təvəllüdlü İsgəndərov Yurddaş İsgəndər oğlu, 1979-cu il təvəllüdlü İsgəndərov İsgəndər Yurddaş oğlu, İmişli sakinləri, 2008-ci il təvəllüdlü Məmmədov Səbuhi Nicat oğluvə Məmmədov Kamal Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Y.İsgəndərov və K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.