Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibətilə ABŞ Prezidenti Donald Trampa təbrik məktubu göndərib.
Unikal.org Kremlin saytına istinadən xəbər verir ki, V.Putin Rusiyanın ABŞ-la dialoqa hazır olduğunu bildirib. 

Putin iki ölkə arasındakı münasibətlərin dünyada strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin təmin olunması üçün mühüm amil olduğunu qeyd edib.