Sumqayıt şəhərində intihar hadisəsi qeydə  alınıb.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Ağayarova Zərif Vüqar qızı  özünü yaşadığı evdə asıb.  29 yaşlı qızın onkoloji xəstə olduğu deyilir. Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.