Özbəkistanın Qaraqalpaqstan Respublikasının Xujayliy rayonunda avtomobil qəzası nəticəsində dörd nəfər həyatını itirib.
Unikal.org xəbər verir ki, “Neksi-3” minik maşınının sürücüsü idarəetməni itirib və maşın yolun kənarındakı beton səddə çırpılaraq yanıb. 

Ölənlər arasında Qaraqalpaqstanın mənzil-kommunal nazirinin müavini də var. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.