İki il öncədən İranda QİÇS-in yayılmasının əsas yolu cinsi əlaqə olmuşdur. Bir zamanlar bu xəstəliyin nəqli kişi narkomanları arasında 97%, qadın narkomanlar arasında 3% idi. Lakin ötən iki il ərzində cinsi əlaqə ilə xəstəliyə yoluxan qadınların sayı 10 dəfə artıb. 

Unikal.org  trend-ə istinadən xəbər verir ki, bu sözləri İranın QİÇS Araşdırmalar Mərkəzinin direktoru Minu Möhrəz deyib.

Onun sözlərinə görə, ölkədə QİÇS virusuna yoluxanların əksəriyyəti 25-40 yaşlılardır. Bu sahədə məlumatlandırmanın zəifliyi, təlimlərin olmaması xəstəliyin artmasına gətirib çıxarıb.

Möhrəz əlavə edib: Cinsi əlaqəyə görə, QİÇS gənclər, xüsusilə də qadınlar arasında artmaqdadır. Bu sahədə cəmiyyəti məlumatlandırmaq səviyyəsi yüksəlməlidir. Çünki yeni xəstələr əsasən ali təhsillidirlər.

QİÇS Araşdırmalar Mərkəzinin rəhbəri deyib: QİÇS infeksiyalı xəstəlikdir və müalicə ilə nəzarətdə saxlamaq olar. Lakin bir çox insan onun adından qorxur. Hal-hazırda QİÇS nəqli əsasən cinsi əlaqə vasitəsi nəticəsində baş verir.