Azərbaycanda saxlanılan FETÖ terror təşkilatının üzvü Mehmet Gelenin fotoşəkilləri yayılıb. 

Unikal.org xəbər verir ki, Mehmet Gelenin həbs olunarkən lentə alınan şəkilləri Türkiyə mediasında dərc edilib.

Qeyd edək ki, Fətullah Gülənin terror təşkilatının tərəfdarı Mehmet Gelen Azərbaycandan Türkiyəyə aparılıb. Beynəlxalq axtarışda olan Gelenin tutulması üzrə əməliyyatı isə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları həyata keçiriblər.

Mənbə qeyd edir ki, Türkiyə kəşfiyyatının əməkdaşları əvvəllər Gülən tərəfdarlarının Azərbaycanda açdığı məktəblərdən birində işləyən saxlanılanı nəzarətdə saxlayıblar.

Mehmet Gelenin saxlanılması üzrə əməliyyat onun saxta pasportla Azərbaycanı tərk edərək Belarusa yollanmasından sonra həyata keçirilib.

Belarus hüquq-mühafizə orqanları cinayətkarı Bakıya geri yollayıblar və elə burada o, MİT əməkdaşları tərəfindən tutulub.