Leysan yağışları və torpaq sürüşməsi nəticəsində 50 nəfər həlak olub.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə Filippində qeydə alınıb.

“Usman” tropik qasırğasının yaratdığı təbii fəlakətdə həlak olanların əksəriyyəti ölkənin Bikolsk regionunun sakinləridir.

Bundan əlavə, daha 7 nəfərin itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.