Dünya Azərbaycanlılarının 4-cü qurultayında geniş çıxış edən Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq media ilə iş məsələsinə də toxunub. 

O, diasporun, xaricdəki Azərbaycan təşkilatıarının iş prinsiplərinə toxunaraq, qeyd edib ki, beynəlxalq media ilə iş məsələsində dəstək verilməlidir. Bu, bizim zəif yerimizdir, - deyən prezident bu sahədə fəallığın vacibliyini qeyd edib. Dünya səviyyəsində yeni jurnalist kadrlarının yetişməsinə, onların beynəlxalq media quruluşlarında yerləşməsinə nail olmaq lazımdır. Diaspor təşkilatıarı özlərinin saytıarını, qəzetlərini yaratsınlar. Həm Azərbaycan, həm də yaşadıqları ölkələrin dillərində. Ermənistan səfil bir ölkədir, ancaq bu istiqamətdə işləyirsə, biz də işləyə bilərik və işləməliyik. 

Prezident deyib ki, informasiyanın dünyadakı əhəmiyyəti  artıb və biz buna hazır olmalıyıq.