“Bavariya”nın futbolçusu Mats Hummels karyerasını İngiltərədə davam etdirə bilər.

Unikal.org xəbər verir ki, 30 yaşlı müdafiəçiylə “Çelsi” yaxından maraqlanır. Bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, Münhen təmsilçisinin Hummelsi 30 milyon avroya “zadəganlar”a satmağa hazır olduğu bildirilib.

2016-cı ildən “Bavariya”nın şərəfini qoruyan Hummels, cari mövsümdə 15 qarşılaşmada iştirak edib.