Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında partlayış olub. 

Unikal.org  Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə qaz sızması nəticəsində baş verib. Rusiyanın Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildiriliri ki, partlayış zamanıbinanın giriş hissəsinin uçması nəticəsində 3 nəfər həlak olub. Dağıntılar altından 10 nəfərin, o cümlədən bir azyaşlının çıxarıldığı da qeyd edilib. Qırx səkkiz mənzilli onmərtəbəli binada yaşayan 110 sakindən 16-sı təxliyə edilib.

Ərazidə, həmçinin təcili tibbi yardım briqadaları göndərilib. 

Rusiya prezident Vladimir Putin hadisə ilə bağlı dərhal məlumatlandırılıb. Dövlət başçısının tapşırığı ilə fövqəladə hallar naziri Yevgeni Ziniçev və səhiyyə naziri Veronika Skvortsova hadisə yerinə yollanıb.