Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev yaponiyalı Nobumitsu Osava üzərində qələbə qazanıb.

Unikal.org bildirir ki, döyüş Yaponiyanın Saytama şəhərində Rizin 14 turniri çərçivəsində  keçirilib.

Musayev rəqibini ikinci raundda nokauta göndərib. 
Bu, Tofiq Musayevin MMA qaydaları keçirdiyi döyüşlərdə 14-cü qələbəsidir. Azərbaycanlı yalnız üç döyüşdə məğlub olub.