"ATV maqazin onlarla" verilişinin 33 sualına bu dəfə müğənni Nigar Camal cavab verib.

Unikal.org xəbər verir ki, rubrikanın aparıcısı Ruslan Ağayev sənətçiyə Yeni il arzusunu soruşub. Nigar "Sevgidən başqa heç nə istəmirəm" cavabını verib. 

İfaçı "Cennifer Lopeslə Nigarın 3 fərqi" sualına "Azərbaycanda yaşamır. Dünyanın ən tanınmış müğənnisidir. Bir də onun burnu daha genişdir" sözləri ilə fikrini bildirib. Müğənni mütləq üçüncü dəfə ana olacağını deyib. O, keçmiş ərindən aliment almadığını da etiraf edib. 

Nigar şou-biznesdə çatışmayan amillərdən bəhs edib:

"Səviyyə çatmır. Müasirlik çatmır və aqresivlik var".