Əməkdar artist Mehriban Xanlarova ilə vayner Əlixan Rəcəbov arasında qalmaqal yaşanıb. 

Unikal.org-un axsam.az-a istinadən məlumatına görə, vayner il ərzində yerli telekanallarda baş verən xoşagəlməz hadisələri toplayıb, "neçə belə illərə çıxmayasınız" yazıb. Aktrisa Əlixanın qarğışına əsəbiləşib və onun ünvanına sərt sözlər yazıb:

“Şəxsən mənə qarğış edən Əlixan Rəcəbova demək istəyirəm ki, mən siz deyiləm arvad kimi qarğış tökəm. Sizin duanızla yaranmamışam ki, qarğışınız ilə də öləm. Arvad kimi qarğış tökmək lazım deyil. Başda sən olmaqla, ailəndə kim varsa Allaha həvalə edirəm.
 
Mən qarğış etmirəm, amma Allaha həvalə edirəm. Get bu yazımı qoy ananın, bacının qabağına oxusun, görsün sən haqqlısan, yoxsa mən... İnşallah, tez bir zamanda Allah öz hökmünü göstərər”.