Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Kənd sakini 2001 çi il təvəllüdlü Əhmədov Rauf Nurəddin oğlu həmyerlisi tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxsin şəxsiyyəti hələlik müəyyənləşməyib. Yaralı yaxınları tərəfindən Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.