Oğuz rayonunda 20 yaşlı gənc bıçaqlanıb. 

Unikal.org “Report”a istinadən xəbər verir ki, gecə saatlarında rayonun Şirvanlı kənd sakini, 1998-ci il təvəllüdlü Eşqin Qabil oğlu Xəlilov qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib və yaralı dərhal cərrahiyyə əməliyyatına alınıb.