Mingəçevir şəhərində bayram axşamı 8 nəfər pirotexniki vasitələrdən istifadə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hər bir yaralıya lazımi tibbi yardım göstərilib.

Ümumilikdə, şəhər ərazisində bayram günü yüzdən çox həkim çağırışı qeydə alınıb. Müraciətlər arasında 3 faiz ürək, 11 faiz baş ağrıları, 12 faiz sinir, 2 faiz xərçəng xəstəliyi, 7 faiz respirator, 33 faiz təzyiq, 3 faiz mədə-bağırsaq və 4 faiz hərarətin qalxması kimi problemlər yer alıb.

Bundan əlavə, iki nəfər sakin bayram axşamı dünyasını dəyişib.