Almaniyada zəncirvari yol qəzası baş verib.  

Unikal.org  “Ren TV”yə istinadən xəbər verir ki, hadisə Şlezviq-Holstein əyalətindəki Eitxal şəhəri yaxınlığında qeydə alınıb. 

Belə ki, qatı duman səbəbindən 6 avtomobil toqquşub. Nəticədə biri uşaq olmaqla 2 nəfər ölüb, 19 nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.