Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 20 nəfər asayiş keşikçisi ölüb, 23-ü yaralanıb. 

Unikal.org  "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Səyyad qəzasında qeydə alınıb. 

Sar-i Pul əyaləti valiliyinin sözçüsü Zəbihullah Amani taliblərin üç istiqamətdən hücum təşkil etdiklərini bildirib. 

O, “Taliban” yaraqlılarının da hücum zamanı itki verdiyini deyib.