Hindistanda polisin təqib etdiyi yük maşınının yaşayış komasına girməsi nəticəsində 7 nəfər ölüb.

Unikal.org  “New India Express”ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Uttar Pradeş ştatının şərqində Çanduali dairəsindəki bir kənddə qeydə alınıb. 

Məlumata görə, ölənlər arasında 2 qadın və 5-10 yaş arasında 4 uşaq da var.

Yük maşını mal-qara daşıyırmış.