Yeni il bayramı ilə bağlı Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqillik sarayında keçirilən Respublika Gənclərdən ibarət vals rəqs müsabiqəsinə qatılıb.

Unikal.org xəbər verir ki, Belarus prezidentini öz rəqsi ilə dünya mətbuatının diqqətini çəkib. Belə ki, Aleksandr Lukaşenko "Miss Belarus - 2018" gözəllik müsabiqəsinin qalibi Maria Vasiljevic ilə vals rəqsi oynayıb. Ölkə prezidentinin və Belarus gözəlinin romantic və həmdə düzgün rəqs etmələri hər kəsi heyrətləndirib. 

Qeyd edək ki, Vals (fr. valse; alm. Walzer – fırlanmaq) – alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır.

Həmin tədbirdən görüntüləri sizlərə təqdim edirik: