Türkiyənin 90 yaşlı məşhur aktrisası Gülriz Sururi müalicə aldığı xəstəxanada dünyasın dəyişib.

Unikal.org xəbər verir ki, mərhum aktrisa öz vəsiyəti ilə dəfn olunduqdan sonra,  ölkə mətbuatına onun ölümü ilə bağlı məlumat verilib. 
Aktrisa uzun müddət idi ki, mədə-bağırsaq xəstəliyindən əziyət çəkirdi. 

Qeyd edək ki, Gülriz Sururi ötən ilin ilk günü “bikinili” fotosunu paylaşmaqla ölkə mətbuatının yenidən gündəminə gəlmişdi. 2019-cu ilin ilk günü isə onun ölüm xəbəri yayıldı.