İranlı turistlərin məşhur tətil mərkəzinə çevrilən Türkiyənin Van şəhəri bu bayramda da xeyli sayda qonaq qəbul edib.

Unikal.org xəbər verir ki, gündüz şəhərin prospektlərindəki mağazalardan xeyli alış-veriş edən iranlılar bayram gecəsi kafe və restoranlarda səhərə qədər əyləniblər. Fars mahnıları ilə rəqs edən iranlı turistlər Yeni ili qarşılayıblar.

Onlar əyləncə mərkəzlərini əvvəlcədən kirayələyiblər. Turistlər Van şəhərini çox sevdiklərini və yeni ildə sülh, xoşbəxtlik arzusunda olduqlarını dilə gətiriblər.