Bakı-Qazax avtomobil yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə Goranboy rayonunun Dəliməmmədli şəhər ərazisində qeydə alınıb.

Yolun qarşı tərəfinə keçmək istəyən 1962-ci il təvəllüdlü Ziyad Mehdiyevi avtomobil vurub. Yaralı qəzanı törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.