Bu ölkələrin maraqlı Milad ənənələri ilə tanış olduqdan sonra təəccüblənməmək mümkün deyil.

Unikal.org xəbər verir ki, aşağıda göstərəcəyimiz ölkələrdə yeni il bir-birindən maraqlı ənənələri ilə qeyd edilir. 

TAKANAKUY FESTİVALI - PERU

Peru xalqının yeni il ənənələri çox fərqlidir. Bu ölkənin xalqı dekabr ayının sonunda kəndlərə yığışırlar. Qrup halında insanlar (qadın, kişi) bir-birlərini yumruqlayırlar.  Bir-birlərini yumruqlayan insanlar, yeni ilə daha rahat yaşayacaqlarını düşünürlər.

Boşqab qırmaq - DANİMARKA

İlin son gününə qədər istifadə etmədikləri şüşə qabları yığan Danimarkalılar, yeni ilə girərkən bu qabları yoldaşları və ailələriylə birlikdə qırırlar.

Çamadan - KOLOMBİYA

Kolombiya xalqı, yeni ilin son günü 24 saat çamadanla gəzirlər. Onlar düşünürlər ki, yeni ildə bol-bol səyahət edəcəklər. 

Yüksəklikdən tullanma - DANİMARKA

Danimarkada insanlar həmçinin yeni il axşamı yüksəkliklərdən tullanırlar. Hesab edirlər ki, bu hərəkəti etməklə yeni ildə onlara şans gətirəcək.

Su səpmək - TAYLAND

Tayland xalqı, yeni ilə girərkən bir-birlərinə vedrələrdə su  səpirlər

Qəbiristanlıqda yatmaq - ÇİLİ

Çili xalqının ənənələrinə görə, yeni il gecəsi sevdikləri insanların qəbirləri başlarına gedir və gecəni onlarla birlikdə keçirirlər. 

Donmuş suda yuyunmaq - Serbiya

Serbiya xalqı, yeni ilin onlara şans gətirməsi üçün donmuş suya girirlər. 

Bərəkət üçün bol yemək - Estoniya

Estoniya xalqı yeni il günü 7 dəfə bol-bol yemək yeyərək bolluq bə bərəkət duası edirlər.