Biləsuvar və Lerik rayonlarında yanğın hadisəsi baş verib.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Lerik rayonunun Zenoni kəndində həyətyanı sahəyə yığılmış 10 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Biləsuvar rayonunda ümumi sahəsi 15 m² olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.