Yeni ilin ilk günü Ukraynanın Nikolayev vilayətində ağır qəza baş verib.  Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, ağır yol qəzası nəticəsində azı 8 nəfər dünyasını dəyişib.

 “Opel” və “Mazda” avtomobillərinin toqquşması zamanı daha iki nəfər xəstəxanaya yerləşdirilib. Ölənlər arasında uşaqların da olduğu deyilir. Faktla bağlı cinayət işi açılıb.