“Təəssüflər olsun ki, artıq illərdir ki, demokratiya ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində istifadə olunur”.

Unikal.org xəbər verir ki, bu sözləri RealTV-yə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib. Prezident köməkçisi hesab edib ki, yəni demokratiyaya hər ölkə özünün daxili problemlərini və birdə xarici ölkələrlə əlaqələrini nizamlamaq üçün bir vasitə kimi baxır:
“Demokratiya artıq dəyər deyil, bu və ya digər fəaliyyəti həyata keçirmək üçün vasitə kimi baxılır. O cümlədən, demokratiya artıq kiçik ölkələrə təzyiq vasitəsi kimi istifadə olunur.  Deyək ki, yaxın şərqdə aranı qatmaq , o dövlətləri, xalqları müəyyən proseslərə cəlb etmək üçün “demokratiya” tətbiq edildi. Bununda ağır nəticələrini gördünüz. Qaçqın və köçkün fəlakəti yaşandı”.
Daha ətraflı video sujetdə baxa bilərsiniz.