Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil.

Unikal.org TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib. O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib.

Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.