Ötən ilin avqust ayında Fransız aktyoru Vincent Cassel ilə ailə həyatı quran məşhur model Tina Kunakey, bir müddətdir gündəmdə olan hamiləlik söz-söhbətlərini bir paylaşımla təsdiqlədi.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məşhur akyorla ailə həyatı quran model Fransa mətbuatının gündəmindən düşmürdü. Belə ki, mətbuatda modelin hamilə olması haqqında mütəmadi olaraq məlumat dərc edilirdi. 

Kunakey bu iddiaları sosial şəbəkədə öz hesabından paylaşdığı çılpaq fotoşəkilə təsdiqləyib. O həmçinin şəkilini bu statusla paylaşıb: 'Ana olmaq necə gözəl bir hisdir".

Qeyd edək ki, aktyorun 51, model  Tina Kunakeyin isə 20 yaşı var.  Yaş fərqinin böyük olmasına görə, cütlüyün nigah qurması böyük səs-küy yaratmışdı.