Masallı, Gəncə və Qubada güclü yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 75 m² olan mağazanın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 0,5 m² sahədə və digər otaqlarında ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 50 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.