Türkiyədə daha bir dəhşətli hadisə baş verib. 

Unikal.org  Türkiyə  mətbuatına  istinadən xəbər  verir ki, Adıyaman bölgəsində  evli  qadına  intim  münasibət  təklif edən kişi ölümcül hala salınıb. Mətbuatın yaydığı məlumata görə, 2 uşaq anasına əxlaqsız təklif edən A.Ü. adlı şəxs  qonşular tərəfindən  döyülüb. Həmin şəxs ərazidən qaçmağa çalışan zaman qadının əri də hadisə yerinə gəlib. O da yerə yııxlan şəxsi döydükdən sonra polisə xəbər verib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.