Çinin şərq sahillərində Tayvana məxsus yük gəmisi batıb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Ümumilikdə gəminin göyərtəsində 15 nəfər olub. Axtarış-xilasetmə əməliyyatı davam edir, ekipaj üzvlərindən 5-ni xilas etmək mümkün olub.

Gəminin batma səbəbləri məlum deyil.