Türkiyədə bələdiyyə seçkiləri yaxınlaşdıqca gərginlik  artır. Artıq partiyanın Samsun təşkilatında istefalar başlayıb.

Unikal.org-un  məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının Samsun təşkilatının sədri Hakan Karaduman istefaya göndərilib. Bu barədə partiyanın sözçüsü Ömər Çelik  məlumat verib.  H. Karadumanın vəzifədən alınmasına  partiyanın  bələdiyyə seçkilərində  "Cumhur ittifaqı" ilə birgə əməkdaşlıq etməklə bağlı verdiyi qərar səbəb olub. Belə ki, təşkilat sədri əməkdaşlıqla bağlı verilən qərara qarşı çıxıb.

Onun yerinə isə Ersan Aksu təyin olunub.