“Casusluqda şübhəli bilinərək Moskvada saxlanılan amerikalı Pol Uilanın dərhal geri qaytarılmasını tələb edirik”.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo açıqlama verib.

O qeyd edib ki, ABŞ vətəndaşının həbsinin səbəbini bilmək istəyir.

Qeyd edək ki, FTX ötən il dekabrın 28-də ABŞ vətəndaşı Pol Uilanı casusluq fəaliyyətinə görə saxlayıb.