2019-cu il meteoroloji müşahidələrin tarixində ən isti il ola bilər.

Unikal.org xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Klimatologiya laboratoriyasının rəhbəri Vladimir Semenov "m24"-ə müsahibəsində bildirib.

"Yavaş-yavaş, amma şübhəsiz ki, temperatur artır. Hər il deyil, hər üçüncü və ya dördüncü il temperatur rekord qıracaq", - Semenov deyib.

Onun fikrincə, əgər bu tendensiya davam edərsə, əsrin sonuna qədər Moskvada yazın orta temperaturu 3-4 dərəcə artacaq.

Daha əvvəl Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib ki, gələn il daha isti olmaq üçün bütün şanslara malikdir. (publika.az)