2019-cu il yanvarın 1-dən Özbəkistanda polimer materiallardan hazırlanan paketlərin pulsuz verilməsi qadağan edilib. 

Unikal.org xəbər verir ki, qulpu olmayan, dənəvər və buna bərabər tutulan məhsullar üçün nəzərdə tutulan kiçik ölçülü paketlər istisna təşkil edir.

Bildirilir ki, paketləri pulsuz verən mağazalar cərimələnəcək.

Paketlərin ödənişli olması barədə qərar ekologiyanın və ətraf mühitin qorunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, polimer paketlərin çürüyüb torpağa qarışması üçün 500 il lazımdır. Bu paketlər ümumi tillantının 10%-ni təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sağlamlığa da zərərli olan bu paketlərin istifadəsinin məhdudlaşdırılması üçün təkliflər hazırlayıb.

Bu təkliflər içərisində onun Azərbaycanda da pulla satılması var.