Çində 5,3 bal gücündə zəlzələ baş verib.

Unikal.org Çinin Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yerli vaxtla saat 08:48-də qeydə alınan yeraltı təkanların episentri Sıçuan əyalətində, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.