Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil “Mercedes Sprinter” markalı  nəqliyyat vasitəsinin sürücüsü, Azərbaycan Respublikası vətəndaşı  gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Unikal.org xəbər verir ki, şəxsi yoxlama zamanı, onun əynindəki gödəkçənin sağ və sol ciblərindən, hər cibində 1 ədəd olmaqla, cəmi 2 ədəd bağlamada gömrük nəzarətinə bəyan edilməyən 54 ədəd, arxa tərəfində “10 rubl  1899” , 7 ədəd, arxa tərəfində “10 rubl 1900”, 1 ədəd, arxa tərəfində “10 rubl 1901 ” və 2 ədəd, arxa tərəfində “10 rubl 1902”  yazıları həkk olunan, ümumilikdə 549 qram qızıl sikkələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.