Marketlərin birinin qarşısında buraxılan it 6 aydır ki, sahibinin gələcəyi günü  gözləyir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Tayvanın Tayxunq şəhərində baş verib. Belə ki, Monte Vu adlı bir xanım marketin qarşısından keçərkən üzgün vəziyyətdə uzanan bir köpəyi görüb. O, itin videosunu çəkərək sosial şəbəkələrdə paylaşıb.

Sosial şəbəkələrdə yayılan videodan sonra köpəyin 6 aydır ki, sahibinin yolunu gözlədiyi ortaya çıxıb. Supermarketdə çalışan işçilər sözügedən canlının 6 ay bundan öncə bir nəfər tərəfindən gətirilib bura buraxıldığını söyləyiblər.