Çanaqqalanın Çan bölgəsindəki Xurma kəndi yaxınlığındakı Qaraçay körpüsündə dəhşətli qəza meydana gəlib. 

Unikal.org xəbər verir ki, yol qəzasında Azərbaycanlı 2 şəxs yaralanıb. 03.30 radələrində meydana gələn qəzada Ceyhun Əliyevin ixtiyarında olan 43 MA 0094 seriya nömrəli avtomobildə idarəetməni itirərək yolun kənarındakı maneələrə çırpılıb. 

Çırpılmanın təsirindən Əliyev və yanındakı xanım Dayana Cumayeva maşınında sıxışıb qalıb. Hadisə yerinə xilasetmə və səhiyyə işçiləri gəlib. Adıçəkilən şəxslər xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı aradırmaya başlayıb.