Kürdəmirdə marketdən oğurluq edən şəxs tutulub.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Sığırlı kəndi ərazisindəki marketlərin birindən 14.000 manat oğurlamaqda şübhəli bilinən kənd sakini Tural Kərimov saxlanılıb.