shell indir hack forumu PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide hack forum Polat Alemdarın yeni serialı başlayır - VİDEO - Unikal.org
21 Yanvar 2019
20 Yanvar 2019
Polat Alemdarın yeni serialı başlayır - VİDEO
Polat Alemdarın yeni serialı başlayır -VİDEO VİDEO 20:01 2019-01-03

Türkiyənin ən reytinqli seriallarının başında gələn "Qurdlar Vadisi” ("Kurtlar Vadisi”) daha olmayacaq.

Unikal.org xəbər verir ki, "Qurdlar Vadisi Pusqu”nun ("Kurtlar Vadisi Pusu”) ardından "Kurtlar Vadisi Kaos”un ("Qurdlar Vadisi Xaos”) başlayacağı deyilsə də, bu, baş tutmayacaq.

Əvəzində isə serialın baş qəhrəmanı və ssenari müəlliflərindən olan, "Polat Alemdar” rolunu canlandıran Necati Şaşmaz ekranlara yeni serialla gəlir. Yeni serialın adı "Növbə 7/24” ("Nöbet 7/24”) olacaq.

Artıq serialın ilk bölümü üçün çəkiliş məkanı müəyyənləşdirilib. Antalyada çəkilən serial Türkiyə əsgərlərindən bəhs edən "Sakarya Fırat” tipli serialdır. Serialın dəqiq hansı tarixdə efirdə olacağı bilinməsə də, yanvarda "Show TV” ekranlarında görünəcəyi dəqiqdir.

"Kurdlar Vadisi Pusu”da Polat Alemdarın sağ qolu "Cahit” obrazını canlandıran Cahit Kayaoğlu burada kapitan Murat Soylu, "Komandir Yasin” kimi tanıdığımız Ərtuğrul Şakar isə baş çavuş Vedat Ləbləbici obrazında serialda görünəcək.

Məşhur müğənni Orhan Gəncəbayın oğlu Gökhan Gəncəbay ilk dəfə bir seriala məhz burada çəkiləcək. Onun leytenant Oğuz Bərhudar rolunda görünəcəyi deyilir.

Bundan başqa, serialda Sayqın Soysal, Tuncay Bəyazıt, Dəniz Bolışık, Kürşat Alnıaçık, Yurdaer Okur, Kaan Sevi və İbrahim Kəndirci kimi güclü aktyorların yer alacağı açıqlaması verilib. (oxu.az)