Venesiyanı birgünlük ziyarət edən turistlərdən şəhərə daxil olmaq üçün haqq alınacaq. 

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu fikri Venesiya şəhərinin meri Luici Bruqnaro söyləyib. O bildirib ki, şəhərə birgünlük gələn turistlərdən giriş üçün ödənişin məbləği qeyri-mövsümi vaxtda 2 avro, mövsümi vaxtda isə 10 avro arasında dəyişəcək.

Luici Bruqnaro diqqətə çatdırıb ki, bu qayda turistlərin Venesiyanı tərk etdikdən sonra şəhərin nizama salınmasına vəsait ayırmaq imkanı yaradacaq.